“O antiqəhrəman olub” - Sabiq komanda yoldaşı Maradonadan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“O antiqəhrəman olub” - Sabiq komanda yoldaşı Maradonadan danışdı

İdman

30 Noyabr 2020 20:55 1093


“Hamımız baş verənlərdən çox kədərlənirik. Əminəm ki, Dieqo sakit getdi”.

Yenisabah.az xəbər verir ki, bunu Dieqo Maradona ilə birlikdə “Napoli”də çıxış etmiş sabiq müdafiəçi Çiro Ferrara deyib.

53 yaşlı mütəxəssis bu yaxınlarda vəfat edən əfsanəvi argentinalını qəhrəman hesab etmədiyini söyləyib: “Dieqo ilə birlikdə böyüdüm, onunla bağlı unudulmaz xatirələrim var. Mənim dostum idi və onu həmişə qorudum. Səhvlərinin qarşılığını ödədi. Dieqonun qəhrəman olduğu deyilir, ancaq hesab edirəm ki, qəhrəmanlar mükəmməl və səhvsiz olur. O, antiqəhrəman olub. Zəif cəhətlərinə baxmayaraq, tarixin ən yaxşısı idi. Dieqo çılğın idi. Bu baxımdan Antonio Kassanonun oxşarlığı var”. pizza mizza

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində ürəktutmasından vəfat edib.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!