“O aparıcı indi pis gündədir” - Müğənnidən qalmaqallı etiraf

saytların hazırlanması

Evə çatdırılma

“O aparıcı indi pis gündədir” - Müğənnidən qalmaqallı etiraf

Şou

19 Noyabr 2024 15:26 909


“İndi efirlərdə yoxdur, həyatı boyunca da olmayacaq. Çünki Allaha tapşırmışam”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni “Elit star” Cəmilə "Tarixin bir günü" verilişində qonaq olarkən səsləndirib. İfaçı bir müddət əvvəl qəlbinə dəyən aparıcıdan söz açıb:

“Mən ona bir dəfə efirdə dedim ki, atam, sən məgər dənizə xalatla gedirsən? Yoxsa şalvarla çimirsən? Bu sualı ona vermişdim. İndi pis gündədir. Çünki Allah göydən görür, mələklər də eşidir. Heç vaxt heç kəsin xətrinə dəymək olmaz. Onun-bunun xətrinə dəyə-dəyə reytinq xətrinə indi oturub televiziyaya evdən baxır. Özü də elə bir günə düşüb ki, Allah köməyi olsun”. pizza hut

Qeyd edək ki, Cəmilə Bayramova sözügedən aparıcının adını çəkməyib.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!