O, Azərbaycanın ən yaxşı futbolçusu seçildi   - “Xoşbəxtəm“

saytların hazırlanması

Evə çatdırılma

O, Azərbaycanın ən yaxşı futbolçusu seçildi - “Xoşbəxtəm“

İdman

13 Yanvar 2021 14:32 848


“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu seçilməsi ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “İnstagram”da İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən ona verilmiş plaketlə birlikdə fotosunu paylaşıb.

Fransalı oyunçu paylaşımında "ardıcıl ikinci dəfə ən yaxşı futbolçu seçildiyim üçün xoşbəxtəm" yazıb. Ağdam təmsilçisinin hazırkı və sabiq futbolçuları Zubiri bu mükafata görə təbrik ediblər. Marqarita pizza

Qeyd edək ki, Abdullah Zubir İAM-ın sorğusuna əsasən, 2019/20 mövsümünün ən yaxşı futbolçusu, 2019-cu ildə isə ilin legioner oyunçusu seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!