O da nazirinin dediyini təkrarladı: “Azərbaycan rəsmilərinin cavabını verdik“

saytların hazırlanması

Evə çatdırılma

O da nazirinin dediyini təkrarladı: “Azərbaycan rəsmilərinin cavabını verdik“

Rəsmi

12 Oktyabr 2021 11:10 2398


"Azərbaycan rəsmilərinə cavabımızı diplomatik kanallarla veririk".

Yenisabah.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.

Bu gün keçirdiyi brifinqdə o, yenidən İran-Azərbaycan münasibətlərinə toxunaraq xatırladıb: "Dünən bildirdiyim kimi, Azərbaycanla əlaqələrimiz çox dost, yaxşı və çoxqatlıdır. Rəsmi Bakı da daxil olmaqla, qonşularımızla münasibətlərimiz normaldır və onlarla münasibətlərin anormal olması düzgün olmazdı". Dominos pizza

Səid Xətibzadə Cənubi Qafqaz bölgəsindəki son proseslər barədə deyib: 

"Terror qruplaşmalarının Azərbaycan ərazisinə keçməsi ilə bağlı sənədli faktlara sahib olduğumuzu və onlar haqqında ətraflı məlumatımız olduğunu bildirdik. Azərbaycana bunun qəbuledilməz olduğunu söylədik və narahatlıqlarımızı aradan qaldıracaqlarına ən yüksək səviyyədə söz verdilər".

XİN sözçüsü əlavə edib: "İranlı sürücülərə qarşı Azərbaycanda qeyri-səmimi rəftara şahid olmağa davam edirik və bütün bunlar Azərbaycanla açıq danışığa səbəb oldu".

Xətibzadə bəzi Azərbaycan rəsmilərinin "qeyri-diplomatik bəyanatları"na işarə edib:

"Biz bu açıqlamalara kanallarımız vasitəsilə cavab verdik. Qeyd etməliyik ki, bölgədə İran-Azərbaycan münasibətlərinin dostcasına olmasını istəməyən bəzi üçüncü qüvvələr var. Bu kontekstdə, onlar məqsədlərinə çatmaq üçün yalan xəbərlər yayır, insanların saf hisslərindən istifadə etməyə çalışırlar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!