“Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır. Lamiyə sənə qurban olaram, başına dönərəm sənin. Səni o qədər sevirəm ki. Anamdan sonra anam da sən idin, bacım da. Onsuzda yetim olan məni yetim qoydun. İstəyirəm özümü götürüm çırpım divara, bəlkə ağrım azala”.
Yenisabah.az xəbər verir ki, bunu "Istagram"da aktrisa Zülfiyyə Qurbanova yazıb.
O, bir neçə gün əvvəl uzun sürən xəstəlikdən dünyasını dəyişən bacısı Lamiyə ilə bağlı kədərini dilə gətirib: Marqarita pizza
“Anam bizi çox zülmlə təkbaşına böyümüşdü. Bu, başımıza gəlməməli idi. O biri dünya varsa, anama nə cavab verəcəm? Dəyəcəm, sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəm. Sənə söz vermişəm balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacam amma ana kimi xala olacam. Balalarımın dediyi kimi “xala-ana” olacam".
Telegram kanalımız