“O filmdə hürüşən itlər bizim fermanın itləridir”   - Baba Vəziroğlu

saytların hazırlanması

Evə çatdırılma

“O filmdə hürüşən itlər bizim fermanın itləridir” - Baba Vəziroğlu

Maraqlı

30 İyul 2022 10:37 3846


“Bu, tamamilə doğrudur. Həmin kadrlar mənim İsmayıllıda Buynuz kəndində bağ evimin olduğu yerin yanında çəkilib”. 

Bu sözləri “Yeni Sabah”a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Ögey ana” filmində çəkilən qoyun sürülərinin atası Vəzir Məsimovun fermasına məxsus olması barədə fikirlərə münasibət bildirərkən deyib.

Baba Vəziroğlu bildirib ki, filmin rejissoruyla atası qəflətən rastlaşıb: Pepperoni pizza

“Balaca İsmayılın oturduğu budaqlar, altında mahnı oxuduğu ağaclar, hamısı mənim bağ evimin yanıdır. Filmdə yer alan qoyun sürüləri bizim kolxozun olub. Atam Vəzir kişi ferma müdiri idi. Biz hər il istilər düşəndə yaylağa gedirdik. Mənim də 17 ilim yaylaqda keçib. 3 ay Baba dağın ətəklərində, yaylaqda olurduq. Ailəlikcə çadır qurub yaylaqlanırdıq.

Film 1958-ci ildə çəkilib. Mənim o vaxt 4 yaşım var idi. Atamgil hər il etdikləri səfərlərdən birində “Ögey ana”nın çəkiliş qrupuna rast gəliblər. Filmin rejissoru Həbib İsmayılov buna hazır material kimi yanaşıb. Qoyun sürüləri, çobanlar alaçıqlar film üçün əla vasitələr idi. 

Atam aktyorlarla etdiyi zarafatlardan, onları necə qonaq etməyindən danışırdı. Bunları bizim kəndin camatı bilir. İnsanlar orada epizodik və kütləvi səhnələrdə çəkiliblər. Hürüşən itlər bizim fermanın itləridir. Böyüdükcə çəkilişin necə getməsi barədə kənd camaatından əhvalatlar eşidirdim. Filmin əsas qəhrəmanlarından olan Ceyhunun diribaş uşaq olduğu danışılırdı. Kənd camaatı Ələsgər Ələkbərov, Nəcibə Mirzəyeva və digər aktyor, aktrisaları at belində ən gözəl bulaqları gəzdiriblər.

Evlərimiz qışlaqda Mollaisaqlı kəndindəydi. Amma film yaylaqda alaçıqlarda çəkilib”. 

İmamət İsmayılova 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!