“O klipdən sonra övladım öldü” – Səyyad Əlizadə

saytların hazırlanması

Evə çatdırılma

“O klipdən sonra övladım öldü” – Səyyad Əlizadə

Şou

23 Yanvar 2020 06:02 1744


ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Səyyad Əlizadə olub.

Müğənni yaşadığı övlad itkisindən danışıb:

““Gücüm gözlərimin yaşına çatır” klipi 1999-cu ildə çəkilib. Çox təsirli klipdir. Ona baxa bilmirəm.  Marqarita pizza

Heç bir ata-anaya övlad itkisi arzulamıram. Çünki o hiss çox böyük dəhşətdir. Klipdə ata öz övladını itirir və mən həyatda onu yaşadım. 

Atabəyin, oğlumun ekiz qardaşı Məhəmməd dünyasını dəyişdi. Ona görə o klipə baxanda məni dəhşət bürüyür, çünki klipdən sonra övladımı itirdim. Taleyim bunu mənə yaşatdı. 1999-cu ildə klip çəkildi 2006-ci ildə mən onu yaşadım”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!