"Mən belə bir yanaşmanı qəbul etmirəm".
Yenisabah.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a açıqlamasında belə deyib.
O, AFFA-nın növbəti mövsümdə kluba maliyyə dəstəyi verəcəyinə ümid bəslədiyini bildirib. Bəs bu dəstək sonradan əyalət təmsilçisinin azadlığının əlindən alınmasına gətirib çıxarmayacaq ki? pizza hut
Bu məqam ilk gündən "Qəbələ"nin uğurları üçün əlindən gələni əsirgəməyən Nəcəfovu narahat edirmi? Fariz bəyi dinləyək:
"AFFA-dan hansısa dəstəyin olması "Qəbələ"nin idarəetməsinə təsir edə bilməz. Bunu birmənalı şəkildə deyirəm ki, başqa yerdən gələn gəlir klubun idarə edilməsinə təsir edirsə, o klub dağılsa, daha yaxşıdır.
AFFA bizə dəstək olacaqsa, bu, ümumlikdə futbolun inkişafına görə olacaq. "Qəbələ" həm bölgə klubudur, həm də bizdə proritet məsələlərdən biri akademiyadan çıxan uşaqlardır.
Hazırda öz klubumuzda, digər Premyer Liqa klublarında və milli komandalarda çox sayda yetirməmiz çıxış edir. Yaxın illərdə bu say daha da artacaq.
Telegram kanalımız