Müğənni Nadir Qafarzadə həmkarlarının telefonuna prodüserinin cavab verməsi ilə bağlı fikir bildirib.
Yenisabah.az xəbər verir ki, o, bu haqda “MTV Azərbaycan”a danışıb.
“Müğənninin prodüserinə zəng etmərəm. O sənətçi kim üçünsə ulduz ola bilər, amma mənim həmkarımdır. Yəni o mənim üçün ulduz deyil. Əgər biz eyni ölkədə yaşayırıq və həmkarıqsa, səhnələri bölüşürüksə, o mənim üçün ulduz deyil. O, mənim adi iş yoldaşımdır. Ona görə telefonlarıma özü cavab verməlidir. Ulduzluğunu başqa yerdə göstərsin”, - deyə müğənni bildirib. Sezar pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız