“O necə kostyum geyinə bilər?” - Manafdan həmkarları ilə bağlı sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“O necə kostyum geyinə bilər?” - Manafdan həmkarları ilə bağlı sərt sözlər

Şou

06 Fevral 2020 11:09 1504


ARB telekanalında yayımlanan “Show news” verilişinin kamerası önünə keçən müğənni Manaf Ağayev geyim tərzini bilməyən kişi həmkarlarını rüsvay edib. 

Yenisabah.az xəbər verir ki, ifaçı giley-güzar edib və bəzi həmkarlarını zövqsüz adlandırıb:

“Kimsə “bambılı”dırsa, o necə kostyum geyinə bilər? Necə qalstuk taxa bilər? Gör necə görünər, qalstukla “bambılılıq” edirsən. Hər oxumağın da öz geyimi var. Estrada oxuyan durub klassik kostyum geyinər? Estradanın Estrada geyimi var. Əslində sevirəm gündəlik geyimi, amma səhnəyə həmişə kostyum geyinməyi sevirəm. Çünki həm şəxsiyyətə, həm də xasiyyətə uyğun geyinməlisən. Kimsə geyinirsə, onun zövqü yoxdur, ona mən nə edim ki?” Dominos pizza

İfaçı el şənliklərində bir geyimi dəfələrlə geyinən, göz yoran sənət dostlarına da məsləhət verib:

“Mən geyimə çox önəm verən adamam. Məni heç kəs geyindirmir, özüm seçirəm. Bütün günü qara kostyum, ağ köynək geyinirlər, o da düzgün deyil axı. Elə bilirlər elə bir kostyumu var.  Biz müğənniyik, fərqli olmalıyıq”.  

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!