Fransalı üzgüçü Leon Marşan Parisdə keçirilən Olimpiya Oyunlarında 200 metr məsafəyə qarışıq üzgüçülük yarışında növbəti qızıl medal qazanıb.
Yenisabah.az xəbər verir ki, Marşan məsafəni 1:54.06 dəqiqəyə üzərək yeni olimpiya rekordu müəyyənləşdirib.
Britaniyalı Dunkan Skott (1:55.31 dəqiqə) gümüş medal qazanıb. Bürünc medal isə Tokio 2020 Olimpiya çempionu Şun Vanqa qismət olub. Marqarita pizza
Marşan üçün bu, Paris-2024-də dördüncü qızıl medal olub. O, daha əvvəl 400 m fərdi qarışıq, 200 m brass və 200 m batterflyay yarışlarında da qalib olub.
Fransalı çempionluq qazandığı bütün bu yarışlarda Olimpiya rekordları da müəyyənləşdirib.
Bununla belə, qarşıda Marşanı Paris-2024-də yeni sınaqlar gözləyir. İstisna deyil ki, medal sayını daha da artırsın.
Telegram kanalımız