Əməkdar artist Vasif Məhərrəmli həmkarlarına səslənib.
"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, o, "Rəngarəng" verilişində toylarda aldığı şabaşı sosial şəbəkədə paylaşan ifaçıları tənqid edib.
Vasif Məhərrəmli O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər: Toyuqlu pizza
"Acizanə dərəcədə sizdən xahiş edirəm, toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz".
V.Məhərrəmli bildirib ki, həmkarı Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirib.
Telegram kanalımız