“O qadının içini, çölünü bilirəm” – Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“O qadının içini, çölünü bilirəm” – Əməkdar artist

Şou

04 İyul 2024 10:07 671


"Əvvəl insanlar yaxın münasibətdə olurdu: rəfiqələr, qohum, qonşu. Hamı bir-birinin evinə gedib-gəlirdi... Dəyişdi, insanlar insanları tanımağa başladı. Hər kəs bir-birinin evinə getimir".

Yenisabah.az axşam.az-a istinadla bildirir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Gündən-günə" verilişində deyib.

Aktrisa insanların soyuqluğundan danışıb: Marqarita pizza

"İndi insanlar bir-birinin evinə qonaq getmir, evdə qonaqlıq verirlər. Deyirlər, evimi görməsinlər, bilməsinlər. Mən belə görünməliyəm. İçini göstərmək istəmirlər. 30 il əvvəl qapını vurub içəri girərdən, yeyib-içərdin. Bahalı salonda belə məclis et, sən busan.

40 il səhnəydəyəm, hər il bir qadın obrazını yaratmışam. Hər qadının qarşısında bir erkək olub: ərim, qardaşım, düşmənim. Psixoloq kimi qadının içinə giririk. İndi bir qadına baxanda mənə 10 dəqiqə lazımdır. Onun içini, çölünü bilirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!