O, “Qızıl top”un sahibi olacaq

saytların hazırlanması

Evə çatdırılma

O, “Qızıl top”un sahibi olacaq

İdman

24 Sentyabr 2024 12:20 532


"Real Madrid"in və Braziliya millisinin hücumçusu Vinisius Junior "France Football"un versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un sahibi olacaq.

Yenisabah.az “Marca”ya istinadla xəbər verir ki, “Nike” mükafatlandırma mərasimi üçün xüsusi qızıl ayaqqabı hazırlayıb.

2023/24 mövsümündə Vinisius "Real Madrid" ilə İspaniya liqasının və Superkubokunun, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. pizza

Mükafatın təqdimetmə mərasimi oktyabrın 28-də baş tutacaq.

Bir neçə dəfə “Qızıl top”un qalibi argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo bu dəfə namizədlər siyahısına daxil edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!