“O razı, bu razı...” - FHN-də seks qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“O razı, bu razı...” - FHN-də seks qalmaqalı

Maraqlı

16 Avqust 2022 17:32 15097


Tanınmış vəkil Adəm Məmmədov görüntüləri yayılan FHN əməkdaşları ilə bağlı məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib.

Yenisabah.az pravda-ya istinadla xəbər verir ki, vəkilin fikrincə, polkovnik Zaur Mirzəyevin özü-özünü kameraya çəkdiyi görüntülərdən tam dəqiq aydın olur:

“Yalnız araşdırmadan sonra müəyyən oluna bilər ki, zabit şərəfinə yaraşmayan hərəkətə yol verən bu şəxs həmin videolardan hansı niyyətlə istifadə edib. Həmin xanımları şantaja məruz qoyubmu? Məqsədi, niyyəti nədən ibarət olub? Bütün bunlar araşdırılmalıdır. Hərbi forma daşıyan, polkovnik rütbəsində olan bir şəxsin hərəkəti, əlbəttə, nazirliyin imicinə xələl gətirir. Təsəvvür edin, bu şəxsin özünün ailəsi, yaxınları var, həmçinin videolardakı qadınların... Bu görüntülərin yayılması böyük bir skandala, cinayətə də yol aça bilər. Hər bir halda videonu çəkən polkovnikin özüdür. Könüllü olub, o razı, bu razı...” Toyuqlu pizza

A. Məmmədov deyib ki, videonu yayan şəxs qarşı tərəfi şantaj etməyibsə, pul istəməyibsə, heç bir cinayət məsuliyyəti daşımır: “Şəxsi həyata müdaxilə məsələsinə gəlincə, bu, artıq şəxsi münasibət, ya da şəxsi həyatlıq bir məsələ deyil. Polkovnik rütbəsində olan şəxs xidmət etdiyi dövlətə aid binada belə bir hərəkətə yol verib.  Burada cinayət məsuliyyəti yoxdur, intizam məsuliyyəti var. Xidmət tərəfindən araşdırılma aparılmalı və həmin polkovnik xidmətdən xaric edilməlidir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!