“Giorgi Qaxariya tüstü kimi yoxa çıxdı, çünki o, yaxşı bilir ki, xəyanətkardır və ilk növbədə, özündən gizlənir”.
Yenisabah.az Gürcüstanın “Birinci kanalına” istinadla xəbər verir ki, bu barədə “Gürcü arzusu” Partiyasının sədri İrakli Kobaxidze bildirib.
O qeyd edib: “Giorgi Qaxariyanın, xəyanətkarın partiyası ilə əməkdaşlıq istisna olunur”. Dördpendirli pizza
İrakli Kobaxidzenin vurğulayıb ki, Qaxariyanın siyasi partiyası mütləq parçalanmağa və dağılmağa məhkumdur:
“Bir əvvəlcədən deyirdik ki, seçkilərdən sonra bu insan ictimaiyyətdən gizlənəcək. Bilirsiniz ki, seçkilərdən sonra o görünmür. Elementar olaraq onun partiyasını dəstəkləyən insanlara "sağ ol" belə demədi. Bu insan tüstü kimi yoxa çıxdı, bu da o deməkdir ki, Qaxariya xəyanatkardır. Bunu onun özü də çox yaxşı bilir. Bu gizlənməklə o, ilk növbədə özündən qaçır”.
Xatırladaq ki, cari ilin fevralında Baş nazir vəzifəsindən istefa verən Qaxariya sonrasında hakim “Gürcü Arzusu” Partiyasının sıralarından da ayrılaraq, öz partiyasını – “Gürcüstan naminə”ni qurub.
Telegram kanalımız