ABŞ prezidenti Donald Trampın budəfəki açıqlaması gündəmi çalxalayıb.
Yenisabah.az xəbər verir ki, Donald Tramp koronavirusla mübarizədə onu tənqid edən eks-prezident Barak Obamaya cavab verib. Tramp Obamanı "bacarıqsız" və "ABŞ tarixinin ən pis prezidenti" olaraq xarakterizə edib: "Obama və Baydenin mənə qurulan tələyə daxil olduqlarına şübhəm yoxdur. Bu tarixdəki ən pis siyasi skandaldır. ÜST Çinin kuklasıdır. Çinin xeyrinə hərəkət edir. Çin bu epidemiyaya görə cavabdeh olmalıdır. Bütün dünyaya zərər verib".
Xatırladaq ki, iki gün əvvəl sabiq prezident Barak Obama xələfi Donald Trampı sərt şəkildə tənqid edərək onu koronavirusla mübarizədə acizlik göstərməkdə günahlandırıb: "Dürüst olmaq lazımdır. COVİD-19 bizim cəmiyyətə daha mənfi təsir edib. Virus göstərdi ki, ABŞ-ı idarə edənlər nə etdiklərinin fərqində deyillər. Hakimiyyət mənsublarının çoxu öz məsuliyyətini dərk etmir". Dördpendirli pizza
Sayad Həsənli
Telegram kanalımız