Obyekt sahibləri canlı bitkilərə zülm edir - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Obyekt sahibləri canlı bitkilərə zülm edir - Açıqlama

Sosial

06 Sentyabr 2019 09:36 1174


Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar tərəfindən işlər görülür. Paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir.

“Yaşıl Bakımız” təşəbbüs qrupundən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, qrup üzvlərinin paytaxt sakinləri kimi ötən gün müşahidə etdikləri isə bu işlərə, ümumilikdə isə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və mənfəətlərini güdənlərə rast gəliblər:

“Hamının çox yaxşı tanıdığı bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyildir. Çox təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə biganə yanaşırlar. Canlı bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı?  Marqarita pizza

Axı kiminsə mağazasının və ya obyektinin qarşısını başqası gəlib etməməlidir, hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs vətəndaşlıq borcu? Belə insanları hamımız tanımalı və qınaq obyektinə çevirməliyik.

Öz müşahidələrimizi və araşdırmalarımızı davam etdirərək sonrakı yazılarda artıq bu kimi obyektləri və onların sahibləri barədə ətraflı məlumat  verəcəyik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!