Ödəmə terminalından oğurluq edən 2 nəfər TUTULDU   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ödəmə terminalından oğurluq edən 2 nəfər TUTULDU - FOTOLAR

Hadisə

22 Mart 2024 14:02 754


Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.

Bundan başqa RPŞ əməkdaşlarının son 1 həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 2, odlu silah saxlayan 1 və digər cinayətlər törədən 10 nəfər saxlanılıb. Pepperoni pizza

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 ədəd “PQ-7” markalı raket, 1 ədəd əl qumbarası, 2 ədəd tüfəng, 3 ədəd avtomat və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!