Ödəmə terminalları niyə asanlıqla oğurlanır? 

saytların hazırlanması

Evə çatdırılma

Ödəmə terminalları niyə asanlıqla oğurlanır? 

Kriminal

30 Mart 2021 06:45 623


Son 1 ayda ödəmə terminallarının oğurlanıb, talan edilməsi ilə nəticələnən hadisələri sayı artıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə "ARB Xəbər"in hazırladığı süjetdə qeyd edilib. Bu oğurluq hadisələrinin daha çox obyektlərin daxilində quraşdırılan terminallarda qeydə alındığı bildirilib. Daxildəki terminalların oğurlanması səbəbi isə onların yerə bərkidilməməsi olduğu qeyd edilib. 

Məsələ ilə bağlı açıqlama verən "Milliön" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, daxili terminalların yerə bərkidilməsi mümkün deyil:  pizza mizza

"Daxili məkanlarda kioskların tez-tez yer dəyişməsi və ya əlavə kioskların quraşdırılması mümkündür. Onlara mütəmadi texniki baxışın keçirilməsi üçün rahat yer lazımdır. Həmin kioskların daxili məkanlarda yerə bərkidilməsi işi çətinləşdirir". 

Ü. Əfəndiyeva terminalların təhlükəsizlik baxımından uyğun olan obyektlərdə quraşdırıldığını bildirib:

"Quraşdırılma prosesindən əvvəl məkana baxış keçirilir. Həmin yer təhlükəsizlik baxımından uyğundursa, biz terminallarımızı quraşdırırıq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!