Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni rüsumlar müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni rüsumlar müəyyənləşdi

İqtisadiyyat

25 Dekabr 2023 20:57 2052


Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Yenisabah.az xəbər verir ki, bununla əlaqədar olaraq “Dövlət rüsumu haqqında” qanuna 22.0.34-2-ci maddə əlavə edilib.

Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək. pizza sifarişi

Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!