Ofisdəki  “ən təhlükəli əşya” - İnfeksionist AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Ofisdəki “ən təhlükəli əşya” - İnfeksionist AÇIQLADI

Maraqlı

15 Oktyabr 2020 12:29 1100


Kompüter klaviaturası ofisdəki ən “təhlükəli” əşyadır: təmizlənməyən düymələrdə müxtəlif bakteriyalar, bağırsaq infeksiyaları, həmçinin, koronavirus ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Moskva vilayətində infeksion xəstəliklər üzrə mütəxəssisi İrina Şilkina bəyan edib.

“Kompüter klaviaturası, xüsusən də ofisdə ən yoluxucu əşyadır. Onu təmizləmək çətin olduğu üçün az adam bunu edir. Nəticədə, düymələrdə patogen bakteriya, aralarında COVID-19 olmaqla viruslar, infeksiyalar toplana bilər”, - deyə Şilkina xəbərdarlıq edib. pizza mizza

Onun sözlərinə görə, klaviaturada işə başlamazdan əvvəl əlləri yumaq vacibdir. Eyni şeyi sonra da etmək lazımdır, çünki havada dolaşan bakteriyalar tez-tez düymələrin səthinə yerləşir.

“Əllərin düzgün yuyulması lazımdır: ən az 1,5 dəqiqə, sadəcə sığallamaq deyil, dairəvi və sürtmək hərəkətləri etmək lazımdır”, - deyə infeksionist vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!