Ofisiant müdirini döyüb 100 minini apardı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ofisiant müdirini döyüb 100 minini apardı - Video

Hadisə

28 Avqust 2023 17:27 1068


Türkiyədə baş verən hadisə hər kəsi təəccübləndirib. Belə ki, turnik dəmiri ilə döyülən şəxsə hücum edən öz işçisi olub. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində baş verib. 

Belə ki, döyülən şəxs həmin gecə üstündəki 100 min lirə ilə motosiklinə minərək qaldığı ünvana yollanıb. Yaşadığı yerə çatan şəxsə həmin an maskalı və papaqlı bir nəfər yaxınlaşaraq onu turnik dəmiri ilə döyüb və üstündə olan pulu oğurlayıb. Toyuqlu pizza

Polislər 200 təhlükəsizlik kameralarını yoxlayaraq pulu oğurlayan şəxsin kimliyini müəyyən edib. Şübhəlinin döyülən adamın yanında işləyən ofisiant olduğu məlum olub. 

Həmin şəxs tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Araşdırmalar davam edir. 

Həmin görüntüləri təqdim edirik: 

 Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!