Ögey uşaqlarına işgəncə verən qadınla bağlı cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ögey uşaqlarına işgəncə verən qadınla bağlı cinayət işi başlanıldı

Kriminal

18 Avqust 2021 11:16 1243


Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.

Ağstafa rayon prokurorluğundan Yenisabah.az-a bildirilib ki, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Dominos pizza

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılmışdır

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!