“Oğlanlar oriyental rəqs edir, bu faciədir”

saytların hazırlanması

Evə çatdırılma

“Oğlanlar oriyental rəqs edir, bu faciədir”

Şou

13 Aprel 2024 15:00 641


Əməkdar artist Elza Seyidcahan "Yaxşı deyək, yaxşı eşidək" verilişində balaca qızın "Tərəkəmə" rəqsini oğlan kimi oynamasına əsəbiləşib. 

Axşam.az xəbər verir ki, müğənni oğlanlarla qızların rəqsinin fərqli olduğunu bildirib. O, rəqsləri əks cinsin nümayəndəsinin ifa etməsini "faciə" adlandırıb:

"Bu çərxi-fələk tərsinə dövran edir indi, qızlar oğlan, oğlanlar qız olur indi. Bu "Tərəkəmə"ni Roza Cəlilova (red. - Xalq artisti, rəqqasə) belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər. Bəzi məclislərdə görürük. Bəzi müəllimlər uşaqları bədbəxt edirlər. Biabırçılıqdır. Bu qədər gözəl qızı ediblər oğlan, kobud. Bu cür incə rəqsi nə günə qoyublar? Ana-ata da bilmir, fəxr edirlər ki, bizim qızımız oğlan kimi oynayır. Kişlərin, qızların rəqsi ayrıdır. Roza Cəlilova 90 yaşında bir dənə rəsq edir ki, əllərinin hərəkətləri. Hind, ərəb, Azərbaycan rəsdləri var. Faciədir. Deyirlər Elza təhqir edir. Təhqir edirəm ki?".  Dominos pizza

Onun bu sözlərinə Xalq artisti Mehriban Xanlarova da haqq qazandırıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!