“Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...” - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...” - Aqil Abbas

Siyasət

04 Avqust 2020 18:43 2171


“Mənim altmış yeddi yaşım var, amma Heydərovu tanıdığım gündən ona dayı demişəm. Çünki qarabağlılar çox istədikləri adamlara dayı deyirlər”.

Yenisabah.az xəbər verir ki, bunu azıçı, millət vəkili Aqil Abbas deyib. O, Fəttah bəyin övladlarının xeyir işində ağsaqqal olduğunu bildirib: 

“Fəttah Heydərov çox ağsaqqal, ağayana, xeyirxah və dövlətcil, ictimai-siyasi xadim idi. O, hamının ağsaqqal kimi qəbul etdiyi şəxs idi. Onu haqqında çox danışa bilmərəm, çünki o, mənim iki oğluma elçi gedib, nişanında və toyunda ağsaqqal olub. Çünki oğlanlarım evlənəndə artıq Məmməd Araz yox idi və Fəttah müəllim onu əvəz edib. Xeyir-duanı baba kimi övladlarıma o, verib. Ona görə də mənim üçün onun haqqında danışmaq çətindir. Parlementdə də həmişə birinci görüşərdik. Ona həmişə dayı deyirdim və o, da bundan incimirdi. Mənim altmış yeddi yaşım var, amma Heydərovu tanıdığım gündən ona dayı demişəm. Çünki qarabağlılar çox istədikləri adamlara dayı deyirlər”. Dominos pizza

Qeyd edək ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov 82 yaşında vəfat edib.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!