“Bu satqın qrup bizim övladlarımızın qanı bahasına yaşamalıdırmı?”
Yenisabah.az “News.am”a istinadla xəbər verir ki, bu sözləri 44 günlük müharibədə ölən Vaçaqan Manukyanın atası, şair Xaçik Manukyan deyib.
O, bu gün, aprelin 26-da Şarl Aznavur meydanında 44 günlük müharibədə həlak olan əsgərlərin valideynlərinin aksiyası zamanı deyib: Pepperoni pizza
“Hamınız xatırlayırsınız ki, müharibə bitəndən dərhal sonra xəyanətlərin olduğunu bəyan etdilər, sonra isə susdular. Susdular, çünki başa düşdülər ki, baş verən xəyanətin başı olmasa da, quyruğu onlara çatır.
Görün, biz nə qədər itirmişik ki, belə satqınlar bizi idarə edə bilir, uşaqlarımızın qanını içib öz hakimiyyətlərini qura bilirlər. Bu, həqiqətən də bağışlanmazdır, biz ayağa qalxmalıyıq”, - deyə Xaçik Manukyan bildirib.
Telegram kanalımız