“Özümü yaxşı hiss edirəm, çünki elə bir mübarizə üçün aclıq aksiyası keçirmişəm ki, belə olan halda özümü pis hiss edə bilmirəm”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu 44 günlük müharibədə həlak olan baş leytenant Leon Avetisyanın atası, bir neçə gündür aclıq aksiyası edən Misak Avetisyan Azadlıq meydanında jurnalistlərlə söhbətində deyib.
Avetisyan iddia edib ki, əgər Nikol Paşinyan may ayının 8-nə qədər həbs olunmasa o, özünü yandıracaq. Marqarita pizza
“Mən yüksəkvəzifəli birisi deyiləm ki, prokuror mənim tələblərimi yerinə yetirib və Paşinyanı həbs edəcək. Sadəcə, xalqa göstərmək istəyirəm ki, yeganə ümid sənsən, özünə arxalan, küçələrə çıxıb ayağa qalxmalısan, ondan sonra hakimiyyətin bu gücü yox olacaq. Ermənistan həqiqətən də milli gücə malik olmalıdır. Valideynlərin dünənki aksiyasına müsbət münasibət bəsləyirəm. Kaş ki, valideynlər çox olaydı, çünki bu, böyük qüvvədir, inanın.
Baş nazir deyilən həmin adam dünənki aksiyada olan valideynlərin oğullarını qəsdən öldürüb. O, bunu Milli Məclisdə etiraf da edib. O, həbs olunmasa, mən özümü yandıracağam”.
Telegram kanalımız