Oğlu qəzada ölən deputat özünü güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Oğlu qəzada ölən deputat özünü güllələdi

Maraqlı

27 Oktyabr 2022 11:55 1283


Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasından seçilən deputat İrakli Xaxubia evində ölü tapılıb. 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik-Georgia" məlumat yayıb. 

Bildirilib ki, deputatın meyitinin yanında odlu silah aşkarlanıb. İlkin ehtimala görə, 51 yaşlı siyasətçi intihar edib.  pizza hut

Hələlik hadisənin detalları məlum deyil. 

Yerli mediada yayılan xəbərlərdə qeyd olunub ki, oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıb. 21 yaşlı Beka Xaxubia 2017-ci il mayın 17-də avtomobil qəzasında dünyasını dəyişib. Məlum hadisədən sonra deputat dərin sarsıntı keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!