“Oğlum içmir, şişirtməyin, hesabat verməli deyil” - İçki masasından şəkli yayılan Mahirin anası

saytların hazırlanması

Evə çatdırılma

“Oğlum içmir, şişirtməyin, hesabat verməli deyil” - İçki masasından şəkli yayılan Mahirin anası

İdman

29 Oktyabr 2021 19:19 1200


“Mahirin içki ilə olan şəkli yayılmanıb. Oğlum olan məkanda masada içki var. Əlində deyil. Mahir içki içmir ümumiyyətlə. Bu, o demək deyil ki, oğlum olan yerlərdə içki içilmir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Offsideplus.az-a açıqlamasında Elnurə Emreli deyib. Mahir Emrelinin anası oğlunun masasında içki olmasına münasibət bildirib.

Elnurə xanım bu məsələyə görə futbolçunun hesabat verməli olmadığını qeyd edib: Sezar pizza

“Mahir Avropanın mərkəzində yaşayır. Dostu, tanışı var. Onlardan kimsə içə bilər. Burda narahat olacaq nəsə yoxdur. Mahir inancına görə heç vaxt içki içməyib və içmir. Anlamıram ki, bunun nəyini şişirdirlər. Oğlum buna görə nə üçün hesabat verməlidir? Polşada da futbol jurnalistləri var. Onlar da tez-tez soruşurlar. Amma anlamıram ki, niyə?".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!