Hazırda ev dustaqlığında olan İordaniya şahzadəsinin anası oğlunun dövlət çevrilişində ittiham olunmasını "böhtan" adlandırıb.
Yenisabah.az “Əl-Qüds əl-Ərəbi”yə istinadən xəbər verir ki, mərhum kral Hüseynin arvadı kraliça Nur ittihamları rədd edib. O, “Twitter” paylaşımında bu böhtanın bütün günahsız qurbanları və ədalətin qalib gəlməsi üçün dua etdiyini dilə gətirib.
Səlahiyyətli şəxslər keçmiş vəliəhd Həmzə bin Hüseyni “ölkənin sabitliyi və təhlükəsizliyinə qarşı addımlar atmaq”da günahlandırıblar. pizza hut
Kraliça Nurun oğlu və hazırkı İordaniya kralı II Abdullahın ögey qardaşı şahzadə Həmzə bir sıra dostları, tanışları və cangüdənlər ilə ev dustaqlığındadır. Vəkilinin BBC vasitəsilə yayımladığı bir videoda onların telefon və internet əlaqəsinin kəsildiyi bildirilib.
Martın 3-ü gecəsi İordaniya Krallığı dəftərxanasının keçmiş başçısı Basim İbrahim Avadullah da daxil olmaqla, bir çox mühüm şəxsin həbsindən sonra şahzadə Həmzə və onun hökmdar ailəsindən olan müttəfiqi Həsən bin Zaid də nəzarətə alınıb.
II Abdullah 1999-cu ildə atası kral Hüseyni taxt-tacda əvəz edib və şahzadə Həmzəni vəliəhd adlandırıb, lakin 2004-cü ildə oğlu Hüseyni vəliəhd təyin edib.
“Washington Post” qəzeti İordaniyada ümumən 20 nəfərin həbs edildiyi barədə məlumat verib.
Telegram kanalımız