“Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım” - Orxan Əsgərovun atası 

saytların hazırlanması

Evə çatdırılma

“Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım” - Orxan Əsgərovun atası 

Maraqlı

30 Yanvar 2023 14:37 801


“Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım”. 

Oxu.Az xəbər verir ki, bu sözləri şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib. 

O bildirib ki, daha əvvəlki telefon danışıqlarında hər hansı bir problemin olmadığını demişdi:  pizza mizza

“Ailəsi ilə də, bizimlə də danışırdı. Orxanın ailəsi Bakıda yaşayırdı. Oğlumun arzuları böyük idi. Orxan böyük türk dünyası uğrunda çalışırdı. Çox vətənpərvər idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarım qalan arzularını biz yerinə yetirək”. 

Qeyd edək ki, İrandakı səfirliyimizə edilən terror hücumu zamanı şəhid olan O.Əsgərov bu gün Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!