“Oğlumu evə qoymurdum” - Mətanət İsgəndərlidən maraqlı   AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

“Oğlumu evə qoymurdum” - Mətanət İsgəndərlidən maraqlı AÇIQLAMA 

Şou

22 Sentyabr 2020 14:50 1613


Əməkdar artist Mətanət İsgəndərli karantin rejimində yaşadığı çətinliklərdən danışıb.

Yenisabah.az xəbər verir ki, hazırda İstanbulda olan müğənni Moderator.az-a maraqlı açıqlama verib:

“7 aya yaxındır ki, heç bir toyda oxumuram, çünki karantin rejiminə görə Azərbaycanda toylar ləğv olunub. Hal-hazırda İstanbulda həmyerlimizin restoranında həftədə bir dəfə səhnə alıram. Bizim də qazancımız yalnız toylardandır. Həqiqətən də acınacaqlı vəziyyətdir. Bir Allah bilir ki, karantin günlərimi necə keçirdim. Yaxşı ki, qızım Ülkər yanımda idi, yoxsa onsuz necə dözərdim bilmirəm. Atam da mənimlə qalır. Oğlum Kərim 4-cü mərtəbədə yaşayır, mən 5-də. Elə gün olurdu ki, Kərimi evə qoymurdum, qorxurdum da. Təzə- təzə ürəyim partlayırdı, deyirdim ki,  buna necə dözəcəm? İndi şükür Allaha vəziyyət nisbətən dəyişib. Allah təki bundan sonra bizi çətin imtahanlara çəkməsin”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!