“Oğluna atasız qız almaq istəməyən” aparıcıya görə “Kanal S”də araşdırma başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Oğluna atasız qız almaq istəməyən” aparıcıya görə “Kanal S”də araşdırma başlanıldı

Sosial

31 Mart 2025 17:52 2631


"Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb.

Yenisabah.az xəbər verir ki, aparıcı "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:

"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz". Pepperoni pizza

Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.

Məsələ ilə bağlı Audiovizual Şuradan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparıcının çıxışı ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və ictimaiyyətə açıqlama veriləcək.

"Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!