Oğluna tikdirdiyi təzə evə görə 40 nəfərlik məclis qurdu, saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Oğluna tikdirdiyi təzə evə görə 40 nəfərlik məclis qurdu, saxlanıldı

Kriminal

20 İyul 2020 10:02 770


Astara Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşları dərhal həmin ünvana gəlib.

Məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib. Pepperoni pizza

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!