Türk xalqı dəhşətli cinayətin şokunu yaşayır.
Yenisabah.az xəbər verir ki, Dənizlinin Pamukkale qəsəbəsində 74 yaşlı kişi 47 yaşlı oğlu Mustafanı cəkiclə öldürəndən sonra onun cəsədini yandırıb.
Qatil cinayətin səbəbini belə açıqlayıb: “10 il əvvəl qızımı qaçırdılar. Qızımı qaçıran adamı oğlum öldürüb, qisasımızı almalıydı. Amma öldürmədi. Mən qoca vaxtımda əlimi qana bulayıb, həbsə düşdüm. Həyatımın 10 ili dəmir barmaqlıqların arxasında keçdi. 10 ildi bu günü gözləyirdim. Oğlumu qızımı qaçıran adamı öldürmədiyi üçün öldürdüm”. pizza
Telegram kanalımız