“Oğru dünyası” ilə əlaqəli şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Oğru dünyası” ilə əlaqəli şəxslər saxlanıldı

Hadisə

16 İyun 2021 12:14 949


Gürcüstanın Kutaisi şəhərində “oğru dünyası”na üzv olmaqda ittiham edilən üç nəfər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər Kutaisidəki kafe-barın indiki sahibi və onun keçmiş ortağı arasında mübahisənin həllinə müdaxilə ediblər. Obyektin sahibindən keçmiş ortağına müəyyən məbləğdə pul ödəməsi tələb olunub. Dördpendirli pizza

Saxlanılan şəxslərin ikisi əvvəllər dəfələrlə məhkum edilib. Onların evlərində aparılan axtarışlar zamanı mobil telefonlar və kompüter avadanlıqları müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb. Törədilən cinayət əməlinə görə 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub./Report/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!