Oğru “Həkim” tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Oğru “Həkim” tutuldu - Fotolar

Kriminal

28 Aprel 2020 13:28 1379


Abşeronda oğurluq hadisəsi baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron Rayon Polis İdaərsinin (RPİ) Mehdiabad Polis Bölməsinə (PB) Gigah qəsəbəsində həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.  pizza sifarişi

Dərhal əməliyyat qrupu yaradılaraq hadisə yerində zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilib. Hadisənin üstü "isti izlər"lə açılıb və aparılan araşdırma zamanı məlum olub ki, oğurluğu Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Bildirib ki, o, övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəlirmiş. Xüsusi alət və avadanlıqdan istifadə etməklə içəri pencərədən daxil olub. 

K.Cəfərov həkim ambulatoriyasından bir ədəd noutbook, içərisində lazımi sənədlər olan fləş kart, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman peraparatları, spirt, həmçinin digər tibbi ləvazimatlar götürüb. 

Daha əvvəl məhkumluq həyatı yaşayan K.Cavadov hətta özünə “Həkim” ləqəbi də verib. İxtisasca inşaatçı olan şəxs, həkim olmaq üçün tibbi ləvazimatları oğurladını deyir.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!