Oğru qardaşlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Oğru qardaşlar tutuldu

Kriminal

07 Dekabr 2021 11:37 678


Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!