Oğul-Saakaşvili ata-Saakaşvili barədə:   “Gürcüstana qayıtması çox böyük səhvdir”

saytların hazırlanması

Evə çatdırılma

Oğul-Saakaşvili ata-Saakaşvili barədə: “Gürcüstana qayıtması çox böyük səhvdir”

Rəsmi

28 İyul 2022 22:22 1740


“Mixail Saakaşvilinin Gürcüstana qayıtması çox böyük səhvdir”.

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bunu eks-prezidentin oğlu Eduard Saakaşvili bildirib.

“O gəldi və biz fəlakətli vəziyyətə düşdük. Dediyim kimi, bu, çox böyük səhv idi”, - deyə Eduard Saakaşvili Pirveli TV-yə müsahibəsində bildirib. Toyuqlu pizza

Eduard Saakaşvili eks-prezidentin səhhəti ilə bağlı məsələlərin siyasətsizləşdirilməsinin zəruri sayıb. Eyni zamanda o, son vaxtlar atasının Gürcüstandakı proseslərə artıq çox müdaxilə etmədiyini vurğulayıb.

“Onun Gürcüstan siyasətindəki rolu gələcək üçün qeyri-müəyyəndir,  hökumətə qayıtması üçün daha nə baş verməlidir? Bilmirəm. Təsəvvür etmək mənim üçün bir az çətindir və düşünürəm ki, özü də bunu başa düşür.

Mən atama baş çəkəndə o, ancaq Ukrayna televiziyasına baxır. Orada daha yaxşı gələcəyə sahib ola biləcəyini anlayır”, – deyə E. Saakaşvili əlavə edib.

Eks-prezidentin 27 yaşlı oğlu daimi olaraq xaricdə yaşayır. Onun sözlərinə görə, Gürcüstanda olduğu bir həftə ərzində onda belə təəssürat yaranıb ki, insanlar Saakaşvilini “gələcəyin lideri” kimi qəbul etmirlər:

“Anamla bir müddət Gürcüstanı gəzib-dolaşdıq. Məni küçədə görəndə soruşurlar: "Mişa necədir?" Hiss edirəm ki, atamın səhhətinə cəmiyyətdə geniş maraq var. Bununla belə, insanların çoxu üçün atam gələcəyin lideri və ya buna bənzər bir şey deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!