Trampın oğlu Ermənistana səfərini ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Trampın oğlu Ermənistana səfərini ləğv etdi

Dünya

12 Noyabr 2025 11:14 435


Arman Babacanyan "Facebook" səhifəsində yerləşdirdiyi videoda kiçik Donald Trampın noyabrın 12-nə planlaşdırılan Ermənistan səfərinin ləğv edildiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

O, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın tanınmış amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən sonra Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumu ilə bağlı xəbərin ABŞ-nin mühafizəkar dairələrində çaxnaşmaya səbəb olduğunu iddia edib. Dördpendirli pizza

Ermənistanın “Past” qəzeti səfərin təşkilatçısı kimi Ermənistanın ABŞ-dəki yeni səfiri, keçmiş əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın adını çəkir. Sentyabrda Vaşinqtona gəldikdən sonra o, ABŞ-Ermənistan əlaqələrini gücləndirmək ambisiyasını bəyan edib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidentinin böyük oğlu Donald Trampın noyabrın 12-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı. Səfər zamanı o, Nikol Paşinyan və Anna Akopyanın təşəbbüsü ilə təşkil edilən və kiçik Trampla Nikol Paşinyan arasında da görüşün planlaşdırıldığı qondarma dua səhər yeməyində iştirak etməli idi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!