Oğulun güllələdiyi ata öldü

saytların hazırlanması

Evə çatdırılma

Oğulun güllələdiyi ata öldü

Kriminal

08 İyun 2019 23:06 974


Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib. pizza

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, M.Tağıyev bir neçə gün əvvəl Ağcabədi rayonunda oğlu tərəfindən güllələnib.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!