Oğurladığı avtomobillə qəza törətdi - Hadisə yerindən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Oğurladığı avtomobillə qəza törətdi - Hadisə yerindən qaçdı

Hadisə

07 Avqust 2021 14:05 753


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov  rayonun Alekseyevka kənd sakininə məxsus VAZ-2106 markalı avtomobili əvvəlcə oğurlamış, daha sonra isə qəza törədərək hadisə yerindən qaçmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalan Quba RPŞ tərəfindən aparılır.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!