Bolluğun və bərəkəti simvolizə edən ana tanrı Kybelenin heykəli 50 illik mübarizədən sonra, nəhayət, 12 dekabrda Türkiyəyə gətiriləcək.
Yenisabah.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi açıqlama verib. Məlumata görə, Türkiyədən qaçaqmalçılıq yolu ilə İsrailə aparılan və orada satılan, mütəxəssislərin fikrincə 3-cü yüzilliyə aid olan Kybele ABŞ-dan Türkiyəyə gələcək.
Bildirək ki, proses 12 dekabrda Türk Hava Yolları tərəfindən həyata keçiriləcək. Dördpendirli pizza
Nazir Nuri Ərsoy heykəlin 13 dekabrda İstanbul Arxeologiya Muzeyində nümayiş etdiriləcəyini açıqlayıb.
Telegram kanalımız