Oğurluq edən 3 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq edən 3 nəfər saxlanıldı

Kriminal

07 Noyabr 2025 13:08 484


Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova müəyyən olunaraq saxlanılıb. Sezar pizza

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!