Oğurluq edən 3 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq edən 3 nəfər tutuldu

Kriminal

03 Aprel 2020 15:22 816


Xəzər Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində əsasən obyektlərdən oğurluq edən 3 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərini yaxalayıb. 

“Yeni Sabah”ın məlumatına görə, Əsədov Sənan Elşən oğlu, Allahverdiyev Nizami Elfan oğlu və Əliyev Mahir Əflan oğlundan ibarət dəstə üzvlərinə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Aprel ayının 4-də isə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə şübhəli şəxs qismində saxlanılan şəxslərin həbs məsələsi ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, saxlanılan şəxslərdən Mahir Əliyev əvvəllər də analoji cinayət törətdiyinə görə məhkumluq həyatı yaşayıb.  pizza sifarişi

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!