Oğurluq edən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq edən şəxslər saxlanıldı

Kriminal

09 Mart 2021 13:32 720


Martın 7-də Bərdə rayon sakini olan bir şəxs Türkmən kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri - Nicat Mehdiyev, əvvəllər məhkum edilmişlər Aqil Əliyev, Əliş Mirzəzadə, Dünyamin Məmmədov saxlanılaraq istintaqa cəlb olunublar. pizza hut

Oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Araşdırmalarla onların 6 ədəd avtomobil akkumulyatoru, 1 ədəd qızıl qolbağı, 1 ədəd televizor və kondisioner oğurlamaqla zərərçəkmiş şəxsə 4 min manat civarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!