Oğurluq etdikləri evi yandıran şəxslər saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq etdikləri evi yandıran şəxslər saxlanıldı - Foto

Kriminal

10 İyul 2020 10:36 656


DİN-in “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən  oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən  istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol  kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!