Oğurluq etdiyi evin sahibinə balta ilə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq etdiyi evin sahibinə balta ilə hücum etdi

Kriminal

15 Oktyabr 2022 12:47 1077


Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisinin evindən oğurluq edib ona balta ilə hücum edən Orxan Namazova (soyad şərtidir) hökm oxunub.

“Yeni Sabah”ın məlumatına görə, hadisə 2020-ci ilin avqustun 7-də Gədəbəy rayonunda baş verib. Belə ki, Orxan aralarında ədavət olan həmkəndlisi Natiq Muradovun evinin qapısını qıraraq evə daxil olub və evdən 1000 manata yaxın qiyməti olan əşyalar oğurlayıb. 

O, daha sonra Natiqin evə gəldiyini görüb və əlindəki balta ilə ona hücum edərək onu öldürməklə hədələyib.  Marqarita pizza

Məhkəmədə zərərçəkmiş qismində dindirilən Natiq bildirib ki, Orxan əvvəllər onun evindən  ümumilikdə 21347,5 manat dəyərində əmlakını oğurlayıb, həmin evi dağıdaraq və evdə olan əşyaları məhv edərək 23512 manat dəyərində maddi ziyan vurub. 

Həmin hadisə ilə bağlı başlanmış cinayət işi üzrə Gədəbəy rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçməyib. 

Məhkəmənin hökmü ilə Orxan Namazov barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Nəzrin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!