Oğuzda avtomobil dirəyə çırpıldı:   Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda avtomobil dirəyə çırpıldı: Xəsarət alanlar var

Hadisə

21 Aprel 2024 21:13 906


Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb. Sezar pizza

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!